Salam etikedir.
Əvvəlcə başlayaq hər birimizin gün ərzində
dəfələrlə həyata keçirdiyi əlsıxma hərəkətindən. İndi “salam” ifadəsi olmadan
belə, o mənanı ifa edən bu proses əslində döyüş tarixi ilə bağlıdır. Belə ki,
qədimdə kişilər hər zaman üstlərində bir silah gəzdirirdilər. Həmin silah da
mütləq sağ əldə olmalı idi. Xoş məqsədlə rastlaşan kişilər əldə silah
olmadığını bildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar.
Sonradan bu vərdiş görüşmək nümunəsinə çevrildi.
Bunun başqa variantında isə deyilir ki, adamlar
silahlı olmadıqlarını göstərməkdən ötrü bir-birinə ovuclarının içini
göstərirdilər. Amma qədim Romada bu adət azacıq dəyişdi. Belə ki, Romada insanlar
boş ovuc göstərənin silahsız olmasına inanmırdılar. Elə zənn edirdilər ki, ovuc
göstərən adam libasının altından həmən silah çıxarıb onu vura bilər. Odur ki,
tam arxayın olmaq üçün əllərini bir-birinə yaxınlaşdıraraq sıxmağa başladılar.
Bu adət sonradan unuduldu. Yalnız renessans
dövrünün əvvəllərində, Avropanın sənaye cəmiyyətinə keçidi ərəfəsində
kommersantlar bu ənənəni yenidən dəbə saldılar.Hərbi salamlaşma isə Çingiz xanın ordusunda
yaranan bir ənənədən meydana gəlib. Orta əsrlərdə dünyanın ən böyük ordusunda
sıravi döyüşçüdən tutmuş yüksək çinli sərkərdəyə qədər hər kəs rastlaşan zaman
özünün Çingiz xan ordusunun üzvi olduğunu bildirmək üçün əlini çiyin
bərabərindən başına aparırdı. Üz-üzə gəldiyi adam eyni hərəkəti edirdisə, onun
da döyüşçü olduğu bilinirdi.Hazırda dünyanın əksər ölkələrində həm mülkü
həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr
var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma
qaydaları da varSalamı və sağollaşmanı ifadə edən bəzi jestlər
var ki, onlar fərqli yerlərdə tamam fərqli məna daşıyır. Məsələn, çox ölkədə
bütün qolunu bir tərəfdən digər təfərə yellətmək “salam”, “ sağ ol” mənasını
ifadə etdiyi halda, Şərqi Asiya ölkələrində bu tamamilə nümayişkaranə bir hərəkətdir. Əlavə olaraq, bəzi
Avropa ölkələrində, Yaponiya, Latın Amerikasında bu “xeyr”, ümumiyyətlə inkar
cavab sayıla bilər. Hindistanda isə bu “bura gəl” deməkdir.
Şəhadət barmağından başlayaraq kiçik barmağa qədər saymaq Almaniya və
Avstraliyada insanları bir az çaşdıra
bilər. Çünki bu ölkələrdə şəhadət barmağını qaldırmaq, içki sifariş edərkən bir
əvəzinə ikisin istəmək deməkdir. Yaponiyada isə baş barmağını qaldırmaq 5
mənasını verir. Macarıstanda isə sayanda baş barmağı 1 kimi sayırlar. Şəhadət barmağını bükmək və ya 4 barmağını
kiməsə tərəf uzatmaq onu yaxına gəlməsini istədiyinizi bildirir. Cənubi
Avropada isə bu “sağ ol” deməkdir. Filippin və Şərqi Asiyada şəhadət barmğını
bükmək təkcə itləri işarə ilə çağırmaq üçün istifadə edilir. Müsəlman dünyasında əl sıxmaq və salamlaşmadan danışaq. Əvvəlcə onu deyək
ki, “salam”ın özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb
ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Tarixin elə
mərhələsi olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması caiz sayılmırdı.
Amma Məhəmməd peyğəmbər zamanında əllə görüşmək çox xoş bir ələmət sayılırdı. Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə
qarşı çıxış ediblər. Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün
hər kəs qarşısına çıxan şəxsə, tanıyıb-tanımamağından asılı olmayaraq, salam
verə bilər.Qardaşlar səmimi salamlarla dolu olan məktubları dünyanın
bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan, heç
olmasa, daha on nəfərə göndərməyi xahiş etmişdilər. Bu fikir hər kəs tərəfindən
dəstəkləndi və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş
əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.Sülh, əmin-amanlıq mənasında işlənən silm sözü ilə
eyni kökdən gələn İslama görə sadəcə ildə bir gün deyil, hər gün salamlaşma
günüdür. Müsəlman hamıya əmin-amanlıq arzulayan kəsdir. Bütün oxucuları Allahın
salamı ilə salamlayır, rəhməti və bərəkəti üzərinizə olsun deyirik!Bilirsinizmi, 1973-cü ildən başlayaraq hər il 21
noyabr Beynəlxalq salamlaşma günü kimi qeyd olunur? Salamlaşma gününün tarixi
olduqca maraqlı nüansa söykənir. Deyilənlərə görə, bu bayramı iki amerikalı
qardaş- Maykl və Brayn Makkomak təsis edib. Belə ki, 1973-cü ildə, ABŞ ilə SSRİ
arasında gedən soyuq müharibənin ən qızğın vaxtında Maykl və Brayen Makkomak
qardaşları maraqlı fikir irəli sürdülər. Onlar Misir ilə İsrail arasında baş
vermiş münaqişəyə etiraz olaraq on nəfərlə salamlaşmağı və salamlaşdıqları daha
10 nəfərin də eyni sayda adamla salamlaşmağını təklif etdilər. Nəticədə
dünyanın 180 ölkəsində bu ideya dəstəkləndi. Həmin vaxtdan bəri dünyada bütün
yaşların, peşələrin sahibləri, böyük siyasi xadimlər, iş adamları, tanınmış
şəxslər bu günü qeyd edirlər.
Casino Games and Slots - jtmhub.com
ОтветитьУдалитьFrom 부산광역 출장샵 traditional table 대전광역 출장샵 games like Blackjack to Progressive Jackpots and the 경상남도 출장샵 casino games 목포 출장샵 and slots, and 김제 출장샵 now slots are the perfect way to play