воскресенье, 5 апреля 2015 г.

Müxtəlif ölkələrdə salamlaşma.

Salamlaşmaq insanlar arasındakı münasibətləri möhkəmləndirən, onları bir-birinə sevdirən ədəb qaydalarından biridir. Salam verməklə insan qarşı tərəfə öz diqqətini, hörmət və sayğısını göstərir.

Müsəlman dünyasında əl sıxmaq və salamlaşmadan danışaq. Əvvəlcə onu deyək ki, “salam”ın özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Tarixin elə mərhələsi olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması caiz sayılmırdı. Amma Məhəmməd peyğəmbər zamanında əllə görüşmək çox xoş bir ələmət sayılırdı. 




  Müsəlman ölkələrində, o cümlədən Azərbaycanda salam verərkən «salam əleyküm» cavabında isə «əs-səlamu əleyküm» deyirlər. Bunun da mənası «Allahın sülh və əmin-amanlığı üzərinizdə olsun» deməkdir. İslamın müqəddəs kitabı Qurani-Kərimdə yazılıb ki, sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eynilə sahibinə qaytarın!


Hazırda dünyanın əksər ölkələrində həm mülkü həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları da varÇində salamlaşarkən baş əyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.
Qədim Şərq döyüş növlərindəki mübarizədən əvvəl və sonra edilən məşhur salamlaşma isə “mən həm mərhəmətliyəm, həm də güclüyəm” anlamını daşıyır. Yəqin xatırladız,  həmin salamlaşmada sol əl düz və açıq  halda yuxarı qaldırılır, sağ əlin yumruğu isə açıq sol əlin içinə vurulur. Burada açıq əl mərhəmətliyin, yumruq isə  gücün simvoludur.  Amerikada salamlaşan zaman “pisəm” demək çox böyük ədəbsizlik sayılır. Bundan əlavə, ABŞ-da əsasən də gənclərin görüşdüyü zaman etdikləri dost “çest”i salamın tarixinə bir səyahəti yada salır. Onlar bu “çest”lə “əlimdə silahım yoxdur” fikrini ifadə edirlər.
 Mehriban yaponlar üç növ baş əymə ilə salam
laşırlar: ən alçaq, orta (30 dərəcə olur) və yüngül. Bu da yüksək mədəniyyətə və intizama sahib olan yaponların qarşıdakı adama verdiyi hörməti əks etdirir.

 Rusiyada insanlar rastlaşanda bir-birinə Sağlamlıq, dirilik arzulayırlar. Almaniyada qaydaya görə saat 12-Ədibə qədər «Sabahın xeyir», 12-17- ə qədər «Günotan xeyir», sonra isə «Axşamın xeyir» deyirlər, ancaq bəzən adi salamla da kifayətlənmirlər.Ruslar, avropalılar və amerikalılar salamlaşarkən dost cesti kimi əl verirlər. Sağ əli uzatmaq yəni silahım yoxdur, niyyətim safdır deməkdir.



Çində salamlaşarkən baş əyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həm   də                “Mən mərhəmətliyəm” jestini edir. 

  Ərəblər əllərini sinələrinin üstünə qoyurlar, sirli tibetlilər sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər.     


  Təəccüblü zuluslar «Mən səni görürəm» - deyə qışqırırlar. Bir sıra Afrika tayfalarının nümayəndələri üzbəüz gəldikləri Adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır
  
Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən «işlərin necədir», yaxud «necəsən» soruşurlar, ca
vabı «yaxşı» və ya «normal» olur, çünki «pis» demək ədəbsizlik sayılır.

Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər öpüş göndərirlər.Fransada salamlaşan zaman öpüşürməklə yanaşı, havaya birdən beşə qədər öpüş göndərirlər.

Soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər. 

Emosional latınamerikalılar qucaqlaşırlar, soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər, mehriban yaponlar üç növ baş əymə ilə salamlaşırlar: ən alçaq, orta (30 qradus olur) və yüngül.

Nəticə mextəlif ölkələlərin salamlaşmasi və adət ənənələri öyrənildi.

Комментариев нет:

Отправить комментарий