Salamlaşma
понедельник, 6 апреля 2015 г.
воскресенье, 5 апреля 2015 г.
Müxtəlif ölkələrdə salamlaşma.
Salamlaşmaq insanlar
arasındakı münasibətləri möhkəmləndirən, onları bir-birinə sevdirən ədəb
qaydalarından biridir. Salam verməklə insan qarşı tərəfə öz diqqətini, hörmət və
sayğısını göstərir.
Müsəlman ölkələrində, o cümlədən Azərbaycanda salam verərkən «salam əleyküm» cavabında isə «əs-səlamu əleyküm» deyirlər. Bunun da mənası «Allahın sülh və əmin-amanlığı üzərinizdə olsun» deməkdir. İslamın müqəddəs kitabı Qurani-Kərimdə yazılıb ki, sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eynilə sahibinə qaytarın!
Hazırda dünyanın əksər ölkələrində həm mülkü
həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr
var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma
qaydaları da varÇində salamlaşarkən baş əyən zaman əl bədən boyu
uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin
humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl
yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.
Emosional latınamerikalılar qucaqlaşırlar, soyuqdan donan loplandiyalılar
burunlarını bir-birinə sürtürlər, mehriban yaponlar üç növ baş əymə ilə
salamlaşırlar: ən alçaq, orta (30 qradus olur) və yüngül.
Nəticə mextəlif ölkələlərin salamlaşmasi və adət ənənələri öyrənildi.
Müsəlman dünyasında əl sıxmaq və salamlaşmadan danışaq. Əvvəlcə onu deyək ki, “salam”ın özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Tarixin elə mərhələsi olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması caiz sayılmırdı. Amma Məhəmməd peyğəmbər zamanında əllə görüşmək çox xoş bir ələmət sayılırdı.
Müsəlman ölkələrində, o cümlədən Azərbaycanda salam verərkən «salam əleyküm» cavabında isə «əs-səlamu əleyküm» deyirlər. Bunun da mənası «Allahın sülh və əmin-amanlığı üzərinizdə olsun» deməkdir. İslamın müqəddəs kitabı Qurani-Kərimdə yazılıb ki, sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eynilə sahibinə qaytarın!
Hazırda dünyanın əksər ölkələrində həm mülkü
həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr
var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma
qaydaları da varÇində salamlaşarkən baş əyən zaman əl bədən boyu
uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin
humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl
yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.
Qədim Şərq döyüş növlərindəki mübarizədən əvvəl
və sonra edilən məşhur salamlaşma isə “mən həm mərhəmətliyəm, həm də güclüyəm”
anlamını daşıyır. Yəqin xatırladız, həmin salamlaşmada sol əl düz və açıq
halda yuxarı qaldırılır, sağ əlin yumruğu isə açıq sol əlin içinə
vurulur. Burada açıq əl mərhəmətliyin, yumruq isə gücün simvoludur.
Amerikada salamlaşan zaman “pisəm” demək çox böyük
ədəbsizlik sayılır. Bundan əlavə, ABŞ-da əsasən də gənclərin görüşdüyü zaman
etdikləri dost “çest”i salamın tarixinə bir səyahəti yada salır. Onlar bu
“çest”lə “əlimdə silahım yoxdur” fikrini ifadə edirlər.
Mehriban yaponlar üç növ baş əymə ilə salamlaşırlar:
ən alçaq, orta (30 dərəcə olur) və yüngül. Bu da yüksək mədəniyyətə və intizama
sahib olan yaponların qarşıdakı adama verdiyi hörməti əks etdirir.
Rusiyada insanlar rastlaşanda bir-birinə Sağlamlıq, dirilik arzulayırlar. Almaniyada qaydaya görə saat 12-Ədibə qədər «Sabahın xeyir», 12-17- ə qədər «Günotan xeyir», sonra isə «Axşamın xeyir» deyirlər, ancaq bəzən adi salamla da kifayətlənmirlər.Ruslar, avropalılar və amerikalılar salamlaşarkən dost cesti kimi əl verirlər. Sağ əli uzatmaq yəni silahım yoxdur, niyyətim safdır deməkdir.
Çində salamlaşarkən baş əyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.
Ərəblər əllərini sinələrinin üstünə qoyurlar, sirli tibetlilər sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər.
Təəccüblü zuluslar «Mən səni
görürəm» - deyə qışqırırlar. Bir sıra Afrika tayfalarının nümayəndələri üzbəüz
gəldikləri Adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi
sayılır
Avropa ölkələrinin əksəriyyətində və
Amerikada salamlaşarkən «işlərin necədir», yaxud «necəsən» soruşurlar, ca
vabı
«yaxşı» və ya «normal» olur, çünki «pis» demək ədəbsizlik sayılır.
Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər öpüş göndərirlər.Fransada salamlaşan zaman öpüşürməklə yanaşı, havaya birdən beşə qədər öpüş göndərirlər.
Soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər.
Emosional latınamerikalılar qucaqlaşırlar, soyuqdan donan loplandiyalılar
burunlarını bir-birinə sürtürlər, mehriban yaponlar üç növ baş əymə ilə
salamlaşırlar: ən alçaq, orta (30 qradus olur) və yüngül.
Nəticə mextəlif ölkələlərin salamlaşmasi və adət ənənələri öyrənildi.
пятница, 3 апреля 2015 г.
Salam etikedir.
Əvvəlcə başlayaq hər birimizin gün ərzində dəfələrlə həyata keçirdiyi əlsıxma hərəkətindən. İndi “salam” ifadəsi olmadan belə, o mənanı ifa edən bu proses əslində döyüş tarixi ilə bağlıdır. Belə ki, qədimdə kişilər hər zaman üstlərində bir silah gəzdirirdilər. Həmin silah da mütləq sağ əldə olmalı idi. Xoş məqsədlə rastlaşan kişilər əldə silah olmadığını bildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar. Sonradan bu vərdiş görüşmək nümunəsinə çevrildi.
Bunun başqa variantında isə deyilir ki, adamlar silahlı olmadıqlarını göstərməkdən ötrü bir-birinə ovuclarının içini göstərirdilər. Amma qədim Romada bu adət azacıq dəyişdi. Belə ki, Romada insanlar boş ovuc göstərənin silahsız olmasına inanmırdılar. Elə zənn edirdilər ki, ovuc göstərən adam libasının altından həmən silah çıxarıb onu vura bilər. Odur ki, tam arxayın olmaq üçün əllərini bir-birinə yaxınlaşdıraraq sıxmağa başladılar.
Bu adət sonradan unuduldu. Yalnız renessans dövrünün əvvəllərində, Avropanın sənaye cəmiyyətinə keçidi ərəfəsində kommersantlar bu ənənəni yenidən dəbə saldılar.Hərbi salamlaşma isə Çingiz xanın ordusunda yaranan bir ənənədən meydana gəlib. Orta əsrlərdə dünyanın ən böyük ordusunda sıravi döyüşçüdən tutmuş yüksək çinli sərkərdəyə qədər hər kəs rastlaşan zaman özünün Çingiz xan ordusunun üzvi olduğunu bildirmək üçün əlini çiyin bərabərindən başına aparırdı. Üz-üzə gəldiyi adam eyni hərəkəti edirdisə, onun da döyüşçü olduğu bilinirdi.Hazırda dünyanın əksər ölkələrində həm mülkü həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları da varSalamı və sağollaşmanı ifadə edən bəzi jestlər var ki, onlar fərqli yerlərdə tamam fərqli məna daşıyır. Məsələn, çox ölkədə bütün qolunu bir tərəfdən digər təfərə yellətmək “salam”, “ sağ ol” mənasını ifadə etdiyi halda, Şərqi Asiya ölkələrində bu tamamilə nümayişkaranə bir hərəkətdir. Əlavə olaraq, bəzi Avropa ölkələrində, Yaponiya, Latın Amerikasında bu “xeyr”, ümumiyyətlə inkar cavab sayıla bilər. Hindistanda isə bu “bura gəl” deməkdir. Şəhadət barmağından başlayaraq kiçik barmağa qədər saymaq Almaniya və Avstraliyada insanları bir az çaşdıra bilər. Çünki bu ölkələrdə şəhadət barmağını qaldırmaq, içki sifariş edərkən bir əvəzinə ikisin istəmək deməkdir. Yaponiyada isə baş barmağını qaldırmaq 5 mənasını verir. Macarıstanda isə sayanda baş barmağı 1 kimi sayırlar. Şəhadət barmağını bükmək və ya 4 barmağını kiməsə tərəf uzatmaq onu yaxına gəlməsini istədiyinizi bildirir. Cənubi Avropada isə bu “sağ ol” deməkdir. Filippin və Şərqi Asiyada şəhadət barmğını bükmək təkcə itləri işarə ilə çağırmaq üçün istifadə edilir. Müsəlman dünyasında əl sıxmaq və salamlaşmadan danışaq. Əvvəlcə onu deyək ki, “salam”ın özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Tarixin elə mərhələsi olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması caiz sayılmırdı. Amma Məhəmməd peyğəmbər zamanında əllə görüşmək çox xoş bir ələmət sayılırdı. Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə, tanıyıb-tanımamağından asılı olmayaraq, salam verə bilər.Qardaşlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan, heç olmasa, daha on nəfərə göndərməyi xahiş etmişdilər. Bu fikir hər kəs tərəfindən dəstəkləndi və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.Sülh, əmin-amanlıq mənasında işlənən silm sözü ilə eyni kökdən gələn İslama görə sadəcə ildə bir gün deyil, hər gün salamlaşma günüdür. Müsəlman hamıya əmin-amanlıq arzulayan kəsdir. Bütün oxucuları Allahın salamı ilə salamlayır, rəhməti və bərəkəti üzərinizə olsun deyirik!Bilirsinizmi, 1973-cü ildən başlayaraq hər il 21 noyabr Beynəlxalq salamlaşma günü kimi qeyd olunur? Salamlaşma gününün tarixi olduqca maraqlı nüansa söykənir. Deyilənlərə görə, bu bayramı iki amerikalı qardaş- Maykl və Brayn Makkomak təsis edib. Belə ki, 1973-cü ildə, ABŞ ilə SSRİ arasında gedən soyuq müharibənin ən qızğın vaxtında Maykl və Brayen Makkomak qardaşları maraqlı fikir irəli sürdülər. Onlar Misir ilə İsrail arasında baş vermiş münaqişəyə etiraz olaraq on nəfərlə salamlaşmağı və salamlaşdıqları daha 10 nəfərin də eyni sayda adamla salamlaşmağını təklif etdilər. Nəticədə dünyanın 180 ölkəsində bu ideya dəstəkləndi. Həmin vaxtdan bəri dünyada bütün yaşların, peşələrin sahibləri, böyük siyasi xadimlər, iş adamları, tanınmış şəxslər bu günü qeyd edirlər.
Salam allahin adidir.
Salamlaşmaq insanlar arasındakı münasibətləri möhkəmləndirən, onları bir-birinə sevdirən ədəb qaydalarından biridir. Salam verməklə insan qarşı tərəfə öz diqqətini, hörmət və sayğısını göstərir. Müsəlman ölkələrində, o cümlədən Azərbaycanda salam verərkən «salam əleyküm» cavabında isə «əs-səlamu əleyküm» deyirlər. Bunun da mənası «Allahın sülh və əmin-amanlığı üzərinizdə olsun» deməkdir. İslamın müqəddəs kitabı Qurani-Kərimdə yazılıb ki, sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eynilə sahibinə qaytarın!
Подписаться на:
Сообщения (Atom)